"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-mart aylarında 110,6 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,4% çoxdur.
Bu il aprelin əvvəlinə ABB-nin aktivləri ötən il aprelin əvvəlinə nisbətən 0,1% az - 14 310,7 milyon manat, o cümlədən xalis kredit portfeli 10% çox - 6 553 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 12 020,34 milyon manat (1,5% az), o cümlədən depozit portfeli 9 009,7 milyon manat (11% az), balans kapitalı isə 2 290,352 milyon manat (7,9% çox), o cümlədən nizamnamə kapitalı 1 281,3 milyon manat (dəyişməyib) olub.