"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 250,6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,2% çoxdur.
Bu il iyulun əvvəlinə ABB-nin aktivləri ötən il iyulun əvvəlinə nisbətən 9% çox - 15 304,5 milyon manat, o cümlədən kredit portfeli 13,4% çox - 6 963,9 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 13 072,7 milyon manat (8,5% çox), o cümlədən depozit portfeli 9 257,1 milyon manat (2,1% çox), balans kapitalı isə 2 231,8 milyon manat (11,4% çox), o cümlədən nizamnamə kapitalı 1 281,3 milyon manat (dəyişməyib) olub.