SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Azərbaycan banklarının kredit qoyuluşunun 3%-i qeyri-işləkdir

Azərbaycan banklarının kredit qoyuluşunun 3%-i qeyri-işləkdir

  • 14 oktyabr 2026, 10:19

Azərbaycan Mərkəzi Bankı bu ilin I yarısının yekunları ilə bağlı Maliyyə Sabitliyi Hesabatını açıqlayıb.

Yurd.Media xəbər verir ki, sənədə əsasən, iyulun 1-nə Azərbaycan banklarının verdiyi kreditlərin 954 milyon manatı qeyri-işlək olub. Bu, bankların kredit qoyuluşunun 3%-i deməkdir.

Son 1 ildə qeyri-işlək kreditlər 191 milyon manat və yaxud 25%, onun xüsusi çəkisi isə 0,5 faiz bəndi artıb.

O cümlədən, qeyri-işlək portfel biznes kreditləri üzrə 128 milyon manat, istehlak kreditləri üzrə 58 milyon manat, ipoteka kreditləri üzrə isə 5 milyon manat artıb.

I yarımildə banklar 62 milyon manat qeyri-işlək krediti silib.

Bunun 57 milyon manatı istehlak kreditləri, 5 milyon manatı isə biznes kreditləri olub.

Skat.az - Ev və Avtomobil elanları