SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Bank Avrasiya”nın mənfəəti 30% azalıb

“Bank Avrasiya”nın mənfəəti 30% azalıb

  • 14 oktyabr 2026, 14:58

"Bank Avrasiya" ASC 2026-cı ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 4 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% azdır.

Bu il oktyabrın əvvəlinə "Bank Avrasiya"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 17,2% çox – 239,2 milyon manat, o cümlədən xalis kredit portfeli 6,3% çox - 127,8 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 144,8 milyon manat (27,2% çox), o cümlədən depozit portfeli 89,7 milyon manat (48% çox), balans kapitalı isə 93,4 milyon manat (4,6% çox), o cümlədən nizamnamə kapitalı 71,8 milyon manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları