“Kapital Bank” ASC bu ilin yanvar-iyun aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank 9 ayda 297 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,6% çoxdur.
Bu il oktyabrın əvvəlinə “Kapital Bank”ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 15,4% çox – 13 919,55 milyon manat, o cümlədən kredit portfeli 17,7% çox – 5 654,9 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 12 575,1 milyon manat (14,6% çox), o cümlədən depozit portfeli 10 305,9 milyon manat (18,9% çox), balans kapitalı isə 1 344,45 milyon manat (23,3% çox), o cümlədən nizamnamə kapitalı 265,85 milyon manat (dəyişməyib) olub.