SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
AMB “Söz verdi indi – altı ay gəlməmiş”

AMB “Söz verdi indi – altı ay gəlməmiş”

  • 14 oktyabr 2026, 14:23

Gələn il aprelin 1-dən Azərbaycanda ödəniş sistemləri üzrə xidmət haqları dəyişəcək.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, qurumun İdarə Heyəti artıq yeni xidmət haqlarını təsdiqləyib.

Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1,5 dəfə endirilib.

Yeni tarif modelində xidmət haqqının vaxtdan asılı olmayaraq əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit məbləğlərlə tətbiq olunması nəzərdə tutulub.

Bundan əlavə, innovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə 24/7 rejimində hesablaşmaların real vaxtda icrasını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən olunub. Ödənişlərin AÖS vasitəsilə icrası istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən köçürmələrin aparılmasına, habelə vəsaitlərin dərhal bank hesabına qəbulu ilə likvidliyin yüksəldilməsinə imkan yaradır. Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqlarına da dəyişikliklər edilib, kartdan köçürmə əməliyyatlarının emalı üzrə tariflər müəyyən olunub.

Mövcud bazar şəraiti nəzərə alınmaqla hazırlanmış yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, ödəniş xidməti istifadəçilərindən tutulan xidmət haqlarının optimallaşdırılmasına xidmət edir. https://uploads.cbar.az/assets/5fb0145f81f2bd5e01c0861fe.pdf

Skat.az - Ev və Avtomobil elanları