SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Azərbaycan Sənaye Bankı 9 ayda 5 milyon manatdan çox xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" 9 ayda 5 milyon manatdan çox xalis mənfəət əldə edib

  • 13 oktyabr 2026, 19:46

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 5,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.

Bu il oktyabrın əvvəlinə ASB-nin aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 7% çox - 855,5 milyon manat, o cümlədən xalis kredit portfeli 31,3% çox - 389,3 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 721,8 milyon manat (7,3% çox), o cümlədən depozit portfeli 511,4 milyon manat (7,8% çox), balans kapitalı isə 133,7 milyon manat (5,6% çox), o cümlədən nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları