"Ziraat Bank Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank 9 ayda 21 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1% çoxdur.
Bu il oktyabrın əvvəlinə "Ziraat Bank Azərbaycan"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 31% çox - 1 616,6 milyon manat, o cümlədən kredit portfeli 29,1% çox – 924,6 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 433,4 milyon manat (32,8% çox), o cümlədən depozit portfeli 874,1 milyon manat (39% çox), balans kapitalı isə 183,2 milyon manat (18,7% çox), o cümlədən nizamnamə kapitalı 65,5 milyon manat (dəyişməyib) olub.