2025-ci ildə Azərbaycan banklarının faiz xərcləri 1 847,9 milyon manat təşkil edib.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı illik bank icmalında bildirilir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 52,1% çoxdur.
Ötənilki faiz xərclərinin 1 282 milyon manatı depozitlər üzrə formalaşıb. Bu isə əvvəlki ilə nisbətən 41,6% çoxdur.