SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Azər-Türk Bank” I yarımilin maliyyə hesabatını verib

“Azər-Türk Bank” I yarımilin maliyyə hesabatını verib

  • 16 iyul 2026, 14:19

“Azər-Türk Bank” ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 10,3 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,4% çoxdur. 

Bu il iyulun əvvəlinə “Azər-Türk Bank”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 6,8% çox – 2 048,3 milyon manat, o cümlədən kredit portfeli 2,7% çox – 812,8 milyon manat təşkil edib. Bankın öhdəlikləri 1 919,8 milyon manat (6,4% çox), o cümlədən depozit portfeli 1 489,6 milyon manat (30,1% çox), balans kapitalı isə 128,5 milyon manat (12,8% çox), o cümlədən nizamnamə kapirtalı 100,5 milyon manat (27,2% çox) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları