Bu ilin I yarısında “Assist Finance İnvestisiya Şirkəti” ASC “Bakı Fond Birjası” QSC-də 2 134,9 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,2% azdır.
Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 2 892 milyon manat təşkil edib.