"AFB Bank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank 9 ayda 2,3 milyon manat mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.
Bu il oktyabrın əvvəlinə "AFB Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 2,4% çox - 320,5 milyon manat, o cümlədən kredit portfeli 21,9% çox - 219 milyon manat təşkil edib. Bankın öhdəlikləri 245,1 milyon manat (3,2% çox), o cümlədən depozit portfeli 139,8 milyon manat (3,2% çox), balans kapitalı isə 75,3 milyon manat (dəyişməyib), o cümlədən nizamnamə kapitalı 70,4 milyon manat (dəyişməyib) olub.