SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Access Bank” 9 ayda 36 milyon manata yaxın xalis mənfəət əldə edib

“Access Bank” 9 ayda 36 milyon manata yaxın xalis mənfəət əldə edib

  • 14 oktyabr 2025, 15:08

“Access Bank” QSC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank 9 ayda 35,6 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır. 

Bu il oktyabrın əvvəlinə “Access Bank”ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 10,6% çox – 1 619,6 milyon manat, o cümlədən kredit portfeli 15,5% çox – 1 239,8 milyon manat təşkil edib. Bankın öhdəlikləri 1 401,5 milyon manat (8,1% çox), o cümlədən depozit portfeli 1 045,1 milyon manat (0,4% az), balans kapitalı isə 218,1 milyon manat (29,7% çox), o cümlədən nizamnamə kapitalı 121,75 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing