SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Şimal rayonlarında qəhvəyi mərmər bağacığı ilə mübarizə SƏRTLƏŞİR

Şimal rayonlarında qəhvəyi mərmər bağacığı ilə mübarizə SƏRTLƏŞİR

Xaçmaz

Quba-Xaçmaz iqtisadi zonasında qəhvəyi mərmər bağacığı ilə mübarizə ilə bağlı tapşırıqlar verilib.

Yurd.Media xəbər verir ki, Xaçmaz rayonunda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib.

Müşavirədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Xaçmaz, Quba və Qusar Rayon İcra Hakimiyyəti rəhbərləri, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qlobal ticarət əlaqələrinin genişlənməsi və iqlim dəyişiklikləri fonunda ölkə ərazisində yayılan invaziv zərərvericilər arasında qəhvəyi mərmər bağacığı yüksək iqtisadi risk yaradır. Nazir xüsusilə Şəki-Zaqatala ilə yanaşı Quba-Xaçmaz iqtisadi zonasında, o cümlədən Xaçmaz və Qusar rayonlarında zərərvericinin populyasiya sıxlığının artdığını diqqətə çatdırıb.

Məcnun Məmmədov bioloji mübarizə üsullarının tətbiqi, vegetasiya dövründə planlı dərmanlama işlərinin aparılması, monitorinqlərin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşavirədə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonda qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, Qusar rayonunda operativ qərargah yaradılıb, aidiyyəti qurumlarla birgə mütəmadi monitorinqlər təşkil olunur, riskli ərazilərdə zəruri təxirəsalınmaz tədbirlər görülür. Fermerlərlə görüşlər keçirilərək zərərvericinin aşkar olunması və mübarizə üsulları barədə ətraflı izahlar verilir, məlumatlandırma materialları paylanılır.

İcra başçısı qeyd edib ki,rayon ərazisində meşəətrafı sahələrdə və yaşayış məntəqələrində profilaktik tədbirlər gücləndirilib, könüllü qruplar prosesə cəlb edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları