Şəkidə tütünçülər dövlətin onlara ayırdığı pulu ala bilmir

Şəkidə tütünçülər dövlətin onlara ayırdığı pulu ala bilmir

Şəki

Şəkidə tütünçülər dövlətin onlara ayırdığı pulu ala bilməməkdən şikayətçidirlər.

"Yurd.Media" xəbər verir ki, hər il dekabr ayının sonunda verilən subsidiyalar gecikdiyinə görə tütün şitilinin sahələrə köçürülməsi ləngiyir və məhsuldarlığın azalmasına səbəb ola bilər.

"ATV"yə şikayət edən fermerlər bildirir ki, gübrə və dərman almaq üçün pula ehtiyacları var:

"Subsidiyaların may ayının sonuna verilməsi gözlənilsə də, məhsulları xarab ola bilər".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildrir ki, bəzi hallarda fermerlərlə tütün məhsullarını alan şirkətlərin təqdim etdiyi məlumatlar üst-üstə düşmür. Belə mübahisəli məqamlar üzrə subsidiya ödənişləri, fermer və tədarükçü şirkətlərin məlumatları dəqiqləşdikdən sonra ödənir:

"Qeyd olunan səbəblərdən ötən ilin dekabrın sonlarına qədər subsidiya ödənilməyən fermerlərə müvafiq ödənişlər qanunvericiliyin tələbinə əsasən yeni maliyyə ilə yəni 2025-ci ilin 2-ci rübündə həyata keçiriləcək".