SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası

  • 07 iyun 2025, 18:12
Bakı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası başlayıb.

Yurd.Media xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Həftəsonu yarmarkalarında 22 fərqli regiondan gələn 40-dan çox fermer, 100-ə yaxın məhsul çeşidi ilə iştirak edir.

Məhsulların keyfiyyəti daimi olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır, nəzarət edilir və yarmarkanın qarşısında Səyyar Qida Laboratoriya fəaliyyət göstərir.

AZƏRTAC-a müsahibə verən satıcılar bayram günlərində yarmarkada qiymətlərin adi günlərlə müqayisədə daha ucuz olduğunu, alıcıların isə əsasən yağ, pendir, bal, pomidor, xiyar, göyərti və digər kənd təsərrüfatı məhsullarına üstünlük verdiklərini bildiriblər.

Prime Leasing