Ağcabədi rayonu Azərbaycanın ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla, heyvandarlıq sahəsində zəngin ənənələrə malikdir. Bölgənin iqlimi, otlaq sahələrinin genişliyi və əhalinin bu sahədə məşğulluğu uzun müddət rayonu respublika üzrə ön sıralarda saxlayıb. Lakin son illərdə aparılan müşahidələr və rəsmi statistik göstəricilər rayonda heyvandarlıq sahəsində geriləmə olduğunu və bu da təbii ki ölkənin ümumi göstəricilərinə təsir edir. Bunun nəticələsidir ki, son dövrlərdə Azərbaycanda ətin qiymətində ciddi artım müşahidə olunur. Xüsusilə mal və qoyun ətinin satış qiymətləri bir neçə manata qədər yüksəlib.
Dövlət Statistika Komitəsindən Yurd.Media-ya verilən məlumata əsasən, Ağcabədi rayonunda iribuynuzlu mal-qaranın sayı 2018-ci illə müqayisədə 6,4%, qoyun və keçilərin (xırdabuynuzlu heyvanların) sayı isə 42% azalıb.
Qeyd edək ki, Azərbaycanın bölgələrinin həyatının işıqlandırılması üzrə ixtisaslaşmış Yurd.Media portalı müxtəlif rayonlarda iqtisadi, sosial və infrastruktur sahələrdə vəziyyəti əks etdirən analitik araşdırmalar həyata keçirir. Regionlarda müxtəlif sahələr üzrə inkişaf, geriləmə dinamikası əyani şəkildə infoqrafikalar vasitəsilə də təqdim olunur.
Araşdırmalarda hesabat dövrü kimi hazırda fəaliyyət göstərən icra hakimiyyəti başçısının rayonda çalışdığı illər götürülür. Hər bir sahə üzrə həm rayon daxilində, həm də ölkə üzrə dəqiq və ortalama göstəricilərlə müqayisə aparılır. Xatırladaq ki, Rafil Hüseynov 20 noyabr 2019-cu il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yurd.Media-nın daha əvvəlki araşdırmaları:
- Qazax səhiyyəsi son 8 ildə: həm həkim və tibb işçiləri, həm xəstəxanada yerlər azalıb