SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Qazax səhiyyəsi son 8 ildə: həm həkim və tibb işçiləri, həm xəstəxanada yerlər azalıb

Qazax səhiyyəsi son 8 ildə: həm həkim və tibb işçiləri, həm xəstəxanada yerlər azalıb

Qazax

Azərbaycanın bölgələrinin həyatının işıqlandırılması üzrə ixtisaslaşmış Yurd.Media müxtəlif rayonlarda iqtisadi, sosial və infrastruktur sahələrdə vəziyyəti əks etdirən analitik araşdırmalar həyata keçirir. Regionlarda müxtəlif sahələr üzrə inkişaf, geriləmə dinamikası əyani şəkildə infoqrafikalar vasitəsilə də təqdim olunur.

Araşdırmalarda hesabat dövrü kimi hazırda fəaliyyət göstərən icra hakimiyyəti başçısının rayonda çalışdığı illər götürülür. Hər bir sahə üzrə həm rayon daxilində, həm də ölkə üzrə dəqiq və ortalama göstəricilərlə müqayisə aparılır.

Yurd.Media bu gün Qazax rayonunda səhiyyə sahəsi ilə bağlı göstəriciləri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin edildiyi 2016-cı il ilə müqayisədə təhlil edir.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən Qazax rayonunda 2016-cı ildə 260 həkim fəaliyyət göstərirdisə, 2024-cü ilin sonunda bunun 221-ə qədər azalması müşahidə olunub.

Müqayisə üçün qeyd edək ki, ölkə üzrə həkimlərin sayı 2016-cı ildəki 32 500 nəfərdən 8 il ərzində 33 600 nəfərə artıb.

Əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayında da Qazax rayonunda azalma var - 27.1 nəfərdən 22.9 nəfərədək.

Rayonda orta tibb işçilərinin sayı isə 67 nəfər azalıb və nəticədə əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işçilərinin sayı 68.3-dən düşüb 60.8-ə.

Bütüm ölkə üzrə bu sahədə də artım qeydə alınıb – 2016-cı ildə 54 900 orta tibb işçisi vardısa 2024-cü ildə 55 600 nəfər olub.

Qazax rayonunda Rəcəb Babaşovun fəaliyyət göstərdiyi illər ərzində xəstəxana çarpayılarının sayında 25 % azalma olub ki, bu da əhalinin hər 10 000 nəfərinə düşən xəstəxana çarpayılarının sayının 38-dən 28.3-ə düşməsinə səbəb olub.

Yurd.Media digər rayonlar üzrə də bu formatda səhiyyə, təhsil, kənd təsərrüfatı, turizm, infrastruktur, məşğulluq və digər sahələr üzrə analitik diaqramlar və hesabatlar təqdim edəcək.

Prime Leasing