SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Nazir kənd təsərrüfatı məhsulları istehsalındakı geriləməni iqlim dəyişiklikləri ilə əlaqələndirib

Nazir kənd təsərrüfatı məhsulları istehsalındakı geriləməni iqlim dəyişiklikləri ilə əlaqələndirib

  • 22 sentyabr 2025, 13:11

Azərbaycanda bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu geriləmənin iqlim dəyişiklikləri ilə bağlı olduğunu bildirib:

"Bizim son bir neçə ildə apardığımız siyasət daha çox dəyər yaradan meyvəçiliyə fokuslanıb və bu il meyvə ixracı 40 %-dən çox artıb. Yəni, aqrar sektorda azalma zamanla düzələcək, sadəcə periodik keçidə ehtiyac var", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, buğda istehsalında məhsuldarlıq ciddi şəkildə artıb: "Biz bunu rəqəmlərdə görürük".

Qeyd edək ki, son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % azalaraq 4 milyard 776 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 4 milyard 648 milyon manat təşkil edib.

Prime Leasing