SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Aqrar Kredit və İnkişaf Agentliyi bu 6 bankla əməkdaşlıq etmir - SİYAHI

Aqrar Kredit və İnkişaf Agentliyi bu 6 bankla əməkdaşlıq etmir - SİYAHI

  • 19 sentyabr 2025, 16:34

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) müvəkkil kredit təşkilatlarının siyahısında ölkədəki 22 bankdan 6-nın adı yoxdur.

Yurd.Media xəbər verir ki, bunlar, “Bank Avrasiya”, “Bank VTB Azərbaycan “Premium Bank”, “Xalq Bank” və “Zıraat Bank Azərbaycan” ASC-lər, İran Milli Bankının Bakı filialıdır.

Qalan 16 bank isə Agentliyin xətti ilə sahibkarlara güzəştli kreditlər verir.

AKİA həmçinin “Aqrarkredit”, “Finca Azerbaijan”, “Prior Credit” və MCB bank olmayan kredit təşkilatları (BOKT) ilə əməkdaşlıq edir.

Dövlət qurumu ölkədəki 11 lizinq şirkəti ilə də iş birliyindədir.

Prime Leasing