SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanda barama istehsalı 22% azalıb

Azərbaycanda barama istehsalı 22% azalıb

  • 15 sentyabr 2025, 13:52

Bu ilin yanvar-avqust aylarında 186,6 ton barama istehsal olunub.

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% azdır.

Son 1 ildə ölkədə yun istehsalı isə 1,4% azalaraq 14,3 min tona düşüb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub. Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur.

Prime Leasing