SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Dabaq xəstəliyi ətin ucuzlaşmasına səbəb oldu - VİDEO

Dabaq xəstəliyi ətin ucuzlaşmasına səbəb oldu - VİDEO

  • 10 noyabr 2025, 22:14

Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlardan sonra mal ətinə tələbat azalıb. Bu isə mal ətinin qiymətinin enməsinə səbəb olub. Satıcılar ucuzlaşmanın təxminən 2 manat civarında olduğunu bildirirlər.

Yurd.Media xəbər verir ki, Tovuzda iri və xırdabuynuzlu heyvan ətinin qiyməti enib.

İribuynuzlu heyvan ətinin 1 kiloqramı əvvəl 17 manat idisə, indi 15 manata təklif olunur.

Xırdabuynuzlu heyvan ətində də 1-2 manatlıq ucuzlaşma müşahidə edilir. Əvvəllər 20 manata satılan quzu əti isə indi 18 manata təklif olunur.

Cəlilabadda da ətin qiymətində 1 manat-1 manat 50 qəpik arası enmə qeydə alınıb.

Satıcılar "Xəzər Xəbər"ə bildiriblər ki, əvvəllər 16-16,50 manata satılan mal əti indi ucuzlaşıb. Hazırda mal ətinin 1 kiloqramı müştərilərə 15 manata təklif olunur. Satıcılar əlavə edirlər ki, qiymətlər düşsə də, alıcı sayı hələ də azdır.

Satıcılar bildirirlər ki, ətin qiymətinin aşağı düşməsinin bir səbəbi xəstəliklə əlaqələndirilsə də, digər səbəbi ölkəyə ucuz heyvan ətinin idxal olunmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Prime Leasing
SPE Annual Caspian