SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ağstafada üzüm bağlarından bol məhsul gözlənilir

Ağstafada üzüm bağlarından bol məhsul gözlənilir

Ağstafa rayonunun üzüm bağlarında bu il bol məhsul gözlənilir. 

Yurd.Media xəbər verir ki, hava şəraiti əlverişli olarsa, bu mövsüm fermerlər bağından yaxşı məhsul götürəcəklər. 

Fermer Səməndər Vəliyev İTV-yə bildirib ki, bu il 1 hektardan 25 ton məhsul olacağı gozlənilir. Onun sözlərinə görə, ötən il güclü yağışlar məhsuldarlığa mənfi təsir etsə də, bu il ümidlər yüksəkdir.  

Üzümçülükdə xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə vacibdir.

Fermerlər həmçinin bu sahənin gəlirli olduğunu və satışla bağlı problem yaşanmadığını bildirirlər.

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun məlumatına əsasən, ölkə üzrə 250 hektara yaxın müasir üzüm bağları salınıb. 

Prime Leasing