SÜJET
Bazarlarda bir çox kənd təsərrüfatı məhsulunun qiyməti ötən ayla müqayisədə aşağı düşüb.
Yurd.Media xəbər verir ki, müəyyən faktorlara görə bu ucuzlaşma adətən davamlı davamlı olmur. Hətta havaların getdikcə istiləşməsinə baxmayaraq, qiymətlər yenidən arta bilər.
İqtisadçı Rəşad Həsənov "Baku TV"yə bildirib ki, buna təsir göstərən faktorlar əsasən iqlim dəyişiklikləri, quraqlıq məhsuldarlığın aşağı düşməsi və yaxud da ki, ixrac bazarlarında kəskin tələbin formalaşması kimi amillərdir:
"Məsələn, Azərbaycan kənd təsərrüfatı məhsullarını əsasən Rusiyaya ixrac edir. Rusiya bazarında hər hansı bir səbəbdən, konkret bir məhsul növünə tələbin kəskin şəkildə artması həmin bazarda cəlbediciliyin formalaşmasına gətirib çıxarır. Bu da Azərbaycanın ixrac intensivliyini artırır və daxili bazarlarda təklifin azalması fonunda qiymətlərin bahalaşmasına səbəb olur."
Digər tərəfdən, xarici bazarlara məhsulların çıxarılmasında yaşanan çətinliklər yerli bazarda qiymətlərin enməsini şərtləndirir.
Kənd təsərrüfatı sahəsində risklərin yüksək olması da qiymətlərin dəyişkənliyini labüd edir.
Nəticədə İqlim dəyişiklikləri, su qıtlığı və digər təbii faktorlar məhsuldarlığa təsir göstərərək bazarda qiymət sabitliyini pozur.