SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Cəlilabadda hektarlarla noxud sahəsi məhv oldu

Cəlilabadda hektarlarla noxud sahəsi məhv oldu

  • 04 iyun 2025, 20:19
Cəlilabad

Cəlilabad rayonunun Sərhədabad və Söyüdlü kəndlərində noxud sahələri məhv olub.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən Yurd.Media-ya verilən məlumata görə, noxud bitkisinin məhv olmasına görə idarəyə iki fermer müraciət edib.

İdarədən qeyd olunub ki, əraziyə baxış keçirilən zaman təxminən 600 hektara yaxın noxud əkin sahəsinin antraknoz, alternarioz və.s xəsləliklərdən məhv olması müşahidə edilib. Bildirilib ki, xəstəliyin yaranmasına səbəb fermerlərin vaxtında xəstəliyə qarşı mübarizə aparmamasıdır. Belə ki, bitkinin sağlam vaxtı vegetasiyasının əvvəlində funqisidlər tətbiq olunmalıdır.

Qeyd edək ki, keçən il Cəlilabadda 7 min hektara qədər noxud əkilib, 6 800 tondan artıq məhsul əldə olunub.

Prime Leasing