SÜJET
İmişlidə gilas bağlarının məhsuldarlığı yaxşı olmadığına görə qiymətlər bahalaşıb.
Yurd.Media xəbər verir ki, İmişlidə ötən il bol məhsuldarlıq olmuşdu, bu isə məhsuldarlığın səviyyəsi aşağı düşüb.
"AZTV Xəbər"-ə danışan təsərrüfatçı Nazim Həsənov vəziyyətin əsas səbəbinin hava şəraiti ilə əlaqədər olduğunu bildirib.
"Çiçəklənən vaxtı yağışlar ağaclara ziyan vurdu. Demək olar ki, 5-10 dəfə məhv elədi. Az məhsuldarlıq verib, amma ölçüsü yaxşıdır. Bir tərəfdən də qurdlar ağaclara ziyan vurur və dərmanlamaq məcburiyyətində oluruq. Əsas səbəb nəmişliyin olmasıdır".
Meyvələrin az olması qiymətlərə də təsir edib. Bu il 1 kq gilas ötən il ilə müqayisədə 2 dəfə baha satılır. Bazardakı qiymətlər alıcıları narahat etsə də, təsərrüfat sahibləri üçün idealdır. Bu onlara zərəri qarşılamağa kömək edir.