SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Nazir zeytunçuluğun inkişafından danışdı

Nazir zeytunçuluğun inkişafından danışdı

  • 01 noyabr 2025, 21:16

Azərbaycanda son illər zeytun istehsalının əhəmiyyətli dərəcədə artması həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradır.

Yurd.Media xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Zeytun festivalında iştirak etdik. Festival çərçivəsində fermer və sahibkarlarla görüşüb zeytunçuluğun inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq.

Bu cür festivallar regionlarımızın aqrar imkanlarını nümayiş etdirməklə yanaşı, ölkəmizdə keyfiyyətli, rəqabətqabiliyyətli məhsul istehsalı üçün geniş imkanların olduğunun göstəricisidir", - nazir qeyd edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları