SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Lerikli deputat rayonda torpaq qiymətlərinin aşağı salınmasını təklif edib

Lerikli deputat rayonda torpaq qiymətlərinin aşağı salınmasını təklif edib

  • 13 fevral 2026, 16:34
Lerik

Bu gün bələdiyyələrin, əsasən də kənd bələdiyyələrinin normal fəaliyyətinə mane olan problemləri aradan qaldırmaq istiqamətində addımların atılması vacibdir.

Yurd.Media xəbər veri ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsinə münasibət bildirən deputat Vasif Qafarov deyib.

Onun sözlərinə görə, bələdiyyələrə aid torpaqların sərhədlərinin bu günə qədər dəqiq müəyyən edilməməsi və xəritələrin tərtib edilməməsi bələdiyyələrin normal fəaliyyət göstərməsinə mane olur:.

"Eyni zamanda, bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı qiymətlərin həddindən çox yüksək müəyyən edilməsi faktiki olaraq bu sahədə hansısa satış və icarə əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir.

Lerik rayonu kimi ucqar və dağlıq rayonlarda torpağın bir sotunun qiymətinin 3-5 min manat arasında və daha yuxarı səviyyədə müəyyən edilməsi faktiki olaraq bu torpaqların istifadəsiz qalmasına gətirib çıxarır. Bu da öz növbəsində, bələdiyyələrin gəlir əldə etməsinin qarşısını alır".

Deputat hesab edir ki, bələdiyyələrin üzləşdikləri bütün bu problemlər kompleks şəkildə araşdırılmalı, təhlil edilməli və müvafiq addımlar atılmalıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları