SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İsmayıllıdan olan çoban: Dağ zonasında heyvandarlıq çox xərclidir - VİDEO

İsmayıllıdan olan çoban: "Dağ zonasında heyvandarlıq çox xərclidir" - VİDEO

  • 16 iyul 2026, 17:13
İsmayıllı

"Bizim dağ zonasında heyvandarlıq çox xərclidir. Buranın qışı sərt keçdiyindən heyvanlar ilin altı ayını tövlədə qalır".

Yurd.Media xəbər verir ki, bunu İsmayıllı rayonunun Lahıc qəsəbəsində 20 ildən artıqdır çobanlıqla məşğul olan Elxan Vəliyev deyib.

O "Baku TV"yə bildirib ki, həmin müddətdə onları öz vəsaitimizlə yemləyib saxlamalı oluruq. Kənardan baxanlara hər şey asan gəlir, amma bu, çox əziyyətli işdir.

"Heyvan saxlamaq kənardan asan görünsə də, əslində, böyük zəhmət tələb edir və əksər hallarda çəkilən əziyyət öz qiymətini ödəmir".

Ətin qiyməti ilə bağlı sualı cavablandıran Elxan Vəliyev qeyd edib ki, çəkilən zəhmətin müqabilində hazırkı qiymətlər baha hesab edilməməlidir.

O, quzu ətini qəssablara 18 manata verdiyini, qəssabların isə onu 19-20 manata satdığını bildirib. Keçi ətinin qiyməti isə 15-16 manat təşkil edir.

E.Vəliyev, həmçinin dağlıq zonada heyvan saxlamağın böyük xərclər yaratdığını vurğulayıb:

İsmayıllıdan olan çoban: "Dağ zonasında heyvandarlıq çox xərclidir" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları