SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
İlin əvvəli 50-dək torpaq sahəsi hərraca çıxarılacaq

İlin əvvəli 50-dək torpaq sahəsi hərraca çıxarılacaq

  • 05 dekabr 2025, 22:43

Gələn ilin əvvəli 47 torpaq sahəsi hərracda satışa çıxarılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) Yurd.Media-ya bildirib ki, yanvarın 7-də Azərbaycanın müxtəlif regionlarında torpaq hərracları keçiriləcək.

Hərraclar Dövlət Xidmətinin Abşeron, Salyan, Saatlı, Neftçala, Sabirabad, Ağdaş, Yevlax, Kürdəmir, Şəmkir, Qusar, Quba, Şabran, Beyləqan, Cəlilabad, Masallı, Ağsu, Şəki, Qax və Zaqatala ərazi şöbələrində təşkil olunacaq.

Satışa bələdiyyə orqanlarına məxsus torpaq sahələri çıxarılacaq. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları