Bolqarçay çayında Biləsuvar rayonuna daxil olan sel sularının maneəsiz və fəsad vermədən axıdılması üçün məcratəmizləmə işləri görülüb.
Yurd.Media xəbər verir ki, çayda 7,4 kilometr uzunluğunda məcratəmizləmə işləri aparılıb. Həmçinin çayın məcrasında sağ və sol sahili istiqamətində genişləndirmə işləri həyata keçirilib.
Nəticədə yaz aylarında qısamüddətli sel sularının keçdiyi çayın yaxınlıqdakı əkin sahələrinə və yaşayış məntəqələrinə dəyəcək ziyanın qarşısı alınacaq.
Qeyd edək ki, bu çay Biləsuvar rayonunda əkilən torpaq sahələrinin 1 000 hektara yaxınını suvarma suyu ilə təmin edir.