SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Balakəndə tütünçülük müəssisəsi təşkilati-hüquqi formasını dəyişib “aradan çıxacaq”

Balakəndə tütünçülük müəssisəsi təşkilati-hüquqi formasını dəyişib “aradan çıxacaq”

  • 05 fevral 2026, 13:29
Balakən

Martın 29-da, saat 10:00-da “Katex-Tütün” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Elanda deyilir ki, yığıncaq Balakən şəhəri, Telman Adıgözəlov küçəsi, 48 ünvanında olacaq.

Səhmdarlar Cəmiyyətin illik hesabatını təsdiqləyəcək, təşkilati məsələləri müzakirə edəcək, müəssisənin MMC formasında yenidən təşkil edilməsini, təhvil aktının təsdiq edilməsini, daha sonra Cəmiyyətin ləğv edilməsini və digər məsələləri nəzərdən keçirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları