SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanın taxılçılıq müəssisəsi səhmdarlarına hesabat verəcək

Azərbaycanın taxılçılıq müəssisəsi səhmdarlarına hesabat verəcək

  • 02 dekabr 2025, 12:48
Lənkəran

Yanvarın 17-də, saat 11:00-da “Lənkəran-Taxıl” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. 

Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib. 

Elanda deyilir ki, yığıncaq Cəmiyyətin Lənkəran rayonu, Liman şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 137 ünvanında yerləşən inzibati binasında keçiriləcək. 

Yığıncağın gündəliyinə "Lənkəran-Taxıl”ın illik maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatının müzakirə edilməsi və təsdiq olunması, eləcə də digər məsələlər daxildir. 

Xatırladaq ki, “Lənkəran Taxıl” ASC-nin dövlətə məxsus səhm paketi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci ilin avqust ayında keçirdiyi hərracda özəlləşdirilib. Səhmdar cəmiyyətinin 29,95%-lik səhm paketi 26 043 manata satılıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları