SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda aqrobizneslərin inkişafına BMT-nin Təşkilatından DƏSTƏK

Azərbaycanda aqrobizneslərin inkişafına BMT-nin Təşkilatından DƏSTƏK

  • 02 oktyabr 2025, 17:11

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda aqrobizneslərin inkişafı, kənd icmalarının dəstəklənməsinə diqqət ayıracaq.

Yurd.Media “Report”a istinadən xəbər verir ki, bunu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu bildirib.

Onun sözlərinə görə, əməkdaşlığın istiqamətləri Azərbaycanın hökumətinin prioritetlərindən və FAO-nun təklif edə biləcəyi dəstəkdən asılı olacaq:

"Eyni zamanda, aqrobizneslərin inkişafı, kənd icmalarının dəstəklənməsi də diqqət mərkəzində olacaq. Bu, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının ikinci mərhələsində hökumətlə birlikdə prioritetlərin müəyyənləşdirilməsi əsasında həyata keçiriləcək. Biz bu prosesə böyük ümidlər bəsləyirik".

O əlavə edib ki, FAO-Azərbaycan tərəfdaşlığı ilə həyata keçirilən layihələri həm hökumət, həm də əsas benefisiarlar yüksək qiymətləndirir: "FAO dünyanın müxtəlif bölgələrindən ən yaxşı təcrübələri və bilikləri toplayaraq onları ehtiyac olan ölkələrdə tətbiq edən qlobal platformadır. FAO dünyanın bir hissəsində mövcud olan ən yaxşı texnologiyaları və təcrübələri, onların lazım olduğu digər hissələrə gətirən platformadır. Bu baxımdan Azərbaycan həm benefisiar ölkə kimi, həm də öz təcrübə, bilik və innovasiyalarını qlobal ictimaiyyətlə bölüşən donor ölkə kimi xüsusi yer tutur".

Xatırladaq ki, FAO 130-dan çox ölkədə fəaliyyət göstərən, aclığa son qoymaq üçün beynəlxalq səylərə rəhbərlik edən BMT-nin ixtisaslaşmış qurumudur.

Prime Leasing