SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycan qulançar bitkisinin ixracını genişləndirir

Azərbaycan qulançar bitkisinin ixracını genişləndirir

  • 07 may 2025, 18:57
Ağstafa

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa, Tovuz və Şəmkir rayonlarında təsərrüfatlara baş çəkib, şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Yurd.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

M.Məmmədov əvvəlcə Ağstafa rayonunda qulançar (asparagus) əkini sahəsinə baxış keçirib, ölkəmizdə alternativ və yüksək bazar dəyərinə malik, yeni sahələrdən olan qulançar bitkisinin becərilməsi üzrə aparılan işlərlə maraqlanıb. Şirkətin rəhbəri sahədə istifadə edilən aqrotexniki üsullar, istifadə olunan əkin materialları, məhsuldarlıq, xəstəliklərə qarşı mübarizə tədbirləri və bazara çıxış imkanları barədə məlumat verib.

Qeyd olunub ki, qulançar bitkisi az su sərfiyyatı ilə yüksək gəlir gətirən, xüsusilə ixracyönümlü məhsul kimi tanınır. Bu baxımdan, qulançar bitkisinin əkin sahəsinin genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, fermerlərə əməkdaşlıq çərçivəsində rayonda ənginar və yerfındığı (araxis) əkinlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra nazir Tovuzda və Şəmkirdə yerləşən istehsalat sahələrinə baxış keçirib. Səfər iştirakçılarına müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi diqqətə çatdırılıb.

Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilən yeniliklər, ixrac potensialının artırılması üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Prime Leasing