SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Zabrat Maşınqayırma Zavodu səhmlərinin nominal dəyərini azaldıb

"Zabrat Maşınqayırma Zavodu" səhmlərinin nominal dəyərini azaldıb

  • 14 noyabr 2025, 11:53

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azneftkimyamaş" ASC-nin tabeliyində olan "Zabrat Maşınqayırma Zavodu" ASC-nin dövriyyədə olan 3 550 278 səhminin nominal dəyəri 2 manatdan 1,5 manata endirilib.

Yurd.Media xəbər verir ki, son nəticədə səhmdar cəmiyyətinin nizamnamə kapitalı 1 775 139 manat və yaxud 25 % azalaraq 7 100 556 manatdan 5 325 417 manata düşüb.

ƏMDX bununla bağlı oktyabrın 11-də qərar qəbul edib.

Qeyd edək ki, “Zabrat Maşınqayırma Zavodu” 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Faiq Əliyevdir. Şirkətin 80 min manata qədər ödənilməmiş vergi borcu var.

***

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azneftkimyamaş" ASC-nin tabeliyində olan "Zabrat Maşınqayırma Zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq elan olunub.

Bakının Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsində yerləşən zavodun özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar sərmayə qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi dəyəri 4 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflər verməlidirlər.

Müəssisənin ümumilikdə 951 839 manat öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2 850 000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçıların ərizə və təkliflərinin qəbulu dekabrın 15-nə qədər ƏMDX-da (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

Komissiya müsabiqə təkliflərini həmin ünvanda 16 dekabr saat 15:00-dan başlayaraq qiymətləndirəcək.

Prime Leasing
SPE Annual Caspian