Bu ilin yanvar-iyun aylarında Azərbaycan 344 ədəd xüsusi təyinatlı avtomobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.
Son 1 ildə xüsusi təyinatlı avtomobillərin idxalına çəkilən xərc isə 54,5% artaraq 40,8 milyon ABŞ dolları təşkil edib.