SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Azərenerji” ötən il 128 milyon manatdan çox xalis mənfəət əldə edib

“Azərenerji” ötən il 128 milyon manatdan çox xalis mənfəət əldə edib

  • 17 iyul 2026, 17:46

"Azərenerji" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti ötən il 128,25 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki illə müqayisədə 26,2% azdır. 

Bu ilin əvvəlinə "Azərenerji"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 8,8% çox - 6 431,3 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 3 098,4 milyon manat (9,8% çox), balans kapitalı isə 3 332,9 milyon manat (7,8% çox), o cümlədən nizamnamə kapitalı 1 760,5 milyon manat (dəyişməyib) olub. 

Skat.az - Ev və Avtomobil elanları