Bu ilin yanvar-iyun aylarında Azərbaycan 29 637 minik avtomobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,2% azdır.
Son 1 ildə minik avtomobili idxalına çəkilən xərc isə 36,8% azalaraq 546,7 milyon ABŞ dollarına düşüb.