SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ekspert: Güzəştli kreditləşməyə dair ümumi çərçivə müəyyən edilib

Ekspert: Güzəştli kreditləşməyə dair ümumi çərçivə müəyyən edilib

  • 23 iyul 2026, 16:32

Nazirlər Kabinetinin ötən gün təsdiq etdiyi “Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi Qaydası” bu sahədə ümumi hüquqi və institusional çərçivəni müəyyən edib.

Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

Onun sözlərinə görə, Qaydada kreditlərin məbləği, müddəti və illik faiz dərəcəsi ilə bağlı konkret hədlər yoxdur:

“Yəni, bu məsələlər təsdiq edilmiş Qayda ilə tənzimlənmir və fondun Müşahidə Şurasının qərarı ilə, onun Nizamnaməsinə əsasən həyata keçiriləcək. İqtisadiyyat nazirinin sədrlik etdiyi şuraya onun müavini, eləcə də maliyyə nazirinin müavini, Azərbaycan Mərkəzi Bankının sədrinin müavini və Dövlət Neft Fondunun icraçı direktorunun müavini daxildir. Azərbaycan Biznesinin İnkişafı Fondu milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinə uyğun olaraq qeyri-neft-qaz sektorunun dayanıqlı inkişafını, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsini dəstəkləyəcək”, - deyə ekspert əlavə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları