Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 30 229 xarici ticarət iştirakçısı olub.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2% azdır.
O cümlədən, son 1 ildə xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 27,2% azalaraq 21 059, hüquqi şəxslərin sayı isə 0,3% artaraq 9 170 olub.