Bu ilin I yarısında Azərbaycanın ixracının dəyəri 16,3 milyard ABŞ dolları, idxalının dəyəri isə 8,35 milyard dollar təşkil edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, son nəticədə xarici ticarətdə 8 milyard dollarlıq müsbət saldo yaranıb.
Ümumi ticarət dövriyyəsinin dəyəri isə 24,7 milyard dollara yaxın olub.