SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Məhkəmə “T.T.Ş.-İnşaat” şirkətini böyük məbləğdə cərimələdi

Məhkəmə “T.T.Ş.-İnşaat” şirkətini böyük məbləğdə cərimələdi

  • 14 iyul 2026, 10:48

“T.T.Ş.-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Astara rayonunda su mühafizə zonasında qayda pozuntusuna görə cərimə edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsi tərəfindən şirkət barəsində yazılan protokolda göstərilib ki, bu il Kələndəhnə kollektorunun Astara şəhəri ərazisindən keçən hissəsində kollektorun mühafizə zonasında kanalizasiya xəttinin çəkilməsi və kanalizasiya quyularının qoyulması müəyyən edilib.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü (su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə) maddəsi ilə protokol yazılıb. 

“T.T.Ş.-İnşaat” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Arzu İsmayıl oğlu Əliyev bildirib ki, dövlət proqramı çərçivəsində təsdiq edilmiş layihənin icrası üçün podratçı şirkətdirlər:

“Tərəflərindən layihə çərçivəsində tikinti işləri aparılarkən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən hər hansı irad bildirilməyib, işlər görülüb. Layihədən 300-500 metr kənara çıxmalar olsa da, bunun edilməsi vacib olub”.

Astara Rayon Məhkəməsinin qərarı ilə MMC 7500 manat cərimə edilib. 

Qeyd edək ki, “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildən etibarən Azərbaycanın müxtəlif regionlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, bərpası, eləcə də sutəmizləyici qurğuların inşası layihələrini uğurla həyata keçirir.

Nizamnamə kapitalı 27 milyon manatdan çox olan şirkət «Azərsu» ASC və digər dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları