SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Yayın gəlişi ilə mineral sular və şirələrin qiyməti 0,6% bahalaşıb - CƏDVƏL

Yayın gəlişi ilə mineral sular və şirələrin qiyməti 0,6% bahalaşıb - CƏDVƏL

  • 14 iyul 2026, 22:54

Azərbaycanda yayın gəlişi ilə mineral sular və şirələrin qiyməti 0,6% bahalaşıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bu ilin iyun ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, yumurta və tərəvəzlər isə ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ay əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 0,9% artıb.

Bununla yanaşı, mineral sular və şirələrin qiyməti 0,6%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər 0,3% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsulları, çay, qəhvə və kakao, həmçinin alkoqollu içkilərin qiymətləri 0,2% artıb. Süd və süd məhsulları isə 0,1% bahalaşıb.

Hesabat ayında ən çox ucuzlaşma tərəvəzlərin və yumurtanın qiymətində qeydə alınıb. Belə ki, iyun ayında tərəvəzlərin qiyməti may ayı ilə müqayisədə 6,7% azalıb. Yumurta 4,2%, balıq və balıq məhsulları 0,3% ucuzlaşıb.

Çörək, çörək məmulatları və yarmaların, eləcə də tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları