Bu il iyunun 1-nə Azərbaycanda özəl sektorda təxminən 931 min nəfər çalışıb. \
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il iyunun 1-i ilə müqayisədə təxminən 4% çoxdur.
Son 1 ildə dövlət sektorunda çalışanların sayı isə 1,6% azalaraq 860 min nəfərə düşüb.
Beləliklə, mayın sonuna ölkədə təxminən 1,79 milyon insan əmək müqaviləsi ilə işləyib. Bu isə 1 il əvvələ nisbətən 1,2% çoxdur.