SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
FHN  Gilan Holdinq”ə 1 milyon manata yaxın pul ayırdı

FHN "Gilan Holdinq”ə 1 milyon manata yaxın pul ayırdı

  • 12 iyul 2026, 17:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azəri Biznes” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Yurd.Media "Yeniavaz.com"ə istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Qeyd edək ki, "Azəri Biznes” MMC FHN-in sifarişi əsasında Ağsu rayonunun Xatman kəndi ərazisində yeni salınmış 25 ədəd fərdi yaşayış evlərindən ibarət massivdə məhəlləarası asfalt yolun bərpası işlərini həyata keçirəcək və qarşılığında 985 min 317 manat 48 qəpik alacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Azəri Biznes” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 55, mənzil 16-da yerləşən MMC-nin qanuni təmsilçisi Ağayev Laçın Şirvan oğludur.

Onu da bildirək ki, Ağayev Laçın Şirvan oğlu fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovların rəhbərlik etdiyi "Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlərin də qanuni təmsilçisidir. Laçın Ağayev hazırda "Gilan Satış” MMC-nin də rəhbəridir.

"Azəri Biznes” MMC bu günə kimi yalnız FHN tərəfindən keçirilən tender müsabiqələrində qalib olub. MMC son 5 ildə 7 layihənin icrası üçün FHN-dən 29,7 milyon manat alıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları