Bu ilin I yarısında Azərbaycanda yaşayış evlərinin tikintisinə 1,3 milyard manat investisiya qoyulub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.
Xatırladaq ki, yanvar-iyun aylarında əsas kapitala 1 il əvvələ nisbətən 13,8% çox – 9,4 milyard manat investisiya yönəldilib.