SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan I yarımildə 173 ölkə ilə ticarət edib

Azərbaycan I yarımildə 173 ölkə ilə ticarət edib

  • 16 iyul 2026, 12:33

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 173 xarici ölkə ilə ticarət əməliyyatları aparıb.

Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə çoxdur.

6 ay ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 1,1% çox – 24,7 milyard ABŞ dolları təşkil edib.

O cümlədən son 1 ildə ixracın dəyəri 26,7% artaraq 16,3 milyard dollar, idxalın dəyəri isə 27,6% azalaraq 8,4 milyard dollar olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları