Bu ilin yanvar-may aylarında Azərbaycan 33 772 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,7% azdır.
Son 1 ildə avtomobil idxalına çəkilən xərc isə 29,6% azalaraq 676 milyon ABŞ dolları təşkil edib.