SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İpoteka və Kredit Zəmanət Fondunun adı dəyişdiriləcəkmi?

İpoteka və Kredit Zəmanət Fondunun adı dəyişdiriləcəkmi?

  • 24 iyul 2026, 15:29

Prezident İlham Əliyevin 9 iyun 2026-cı il tarixli fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri ləğv edilsə də, Fondun adının dəyişdirilməsi hələ ki, gözlənilmir.

Yurd.Media xəbər verir ki, bunu Fondun Baş meneceri Rasim Abdullayev bildirib.

O qeyd edib ki, həmin mexanizm İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib:

"Bu addım iqtisadi səmərəliliyin artırılması və dövlət xidmətlərinin optimallaşdırılması məqsədilə atılıb. Yeni kreditlərə zəmanətlərin və faiz subsidiyalarının verilməsini artıq səlahiyyət verilmiş yeni qurum həyata keçirir, mövcud portfelə isə xidmət göstərilməsini davam etdiririk. Fondun adının dəyişdirilməsinə gəlincə, hazırda bu fəaliyyət davam etdiyi üçün təşkilatın adının dəyişdirilməsi nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı plan olarsa, ictimaiyyətə mütləq məlumat veriləcək", - deyə o qeyd edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları